AZ

Rişi Sunak Zelenskinin Məsləhət Şurasına qoşuldu

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Böyük Britaniyanın keçmiş Baş naziri (2022-2024) Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynanın Bərpası üzrə Beynəlxalq Məsləhət Şurasına qoşulmaq təklifini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin etika üzrə müşaviri Lori Maqnusun açıqlamasında bildirilib.

Qeyd olunur ki, bu, ödənişsiz roldur. Bu vəzifədə 45 yaşlı Sunak Zelenskinin iqtisadi inkişaf üzrə müşaviri Kristiya Frilendlə birlikdə çalışacaq.

“The Independent” qəzetinin məlumatına görə, şuranın ilk iclası cümə axşamı baş tutub. Görüşdə Dünya Bankının prezidenti Ajay Banqa, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Reno-Basso və “Siemens”, “BlackRock”, “Citigroup” və “ArcelorMittal” şirkətlərinin nümayəndələri iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
yeniavaz.com

1Mənbələr