AZ

İşğalın nəticələrinin aradan qaldırılması strateji siyasətdir DEPUTAT DANIŞDI

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Hazırda Azərbaycan işğalın nəticələrinin aradan qaldırılması mərhələsindədir. Bu proses çoxşaxəli və uzunmüddətli xarakter daşıyır. Mina təmizləmə, bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramı bu istiqamətin əsas sütunları sırasındadır".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.Onun sözlərinə görə, 2020-ci ildə torpaqlarımız işğaldan azad olunduqdan bu günə qədər dövlət büdcəsindən həmin ərazilərin bərpası və quruculuq işlərinin maliyyələşdirilməsi üçün 25 milyard manatdan artıq vəsait ayrılıb. Sistemli və nəhəng həcmdə fəaliyyətlər həyata keçirilir.Lakin bu proseslərin başlanğıc mərhələsində ən ciddi çağırış mina təmizləmə məsələsidir: " Ərazilərimizin təxminən 13 faizi mina və partlamamış sursatlarla çirkləndirilib. Təxminən 1,5 milyona yaxın mina və digər partlamamış sursatların mövcudluğu bu prosesi həm mürəkkəbıəşdirir, həm də uzun zaman tələb edən edir. Böyük Qayıdış proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər layihənin birinci mərhələsinin başa çatdırılması nəzərdə tutulur.Artıq Prezident İlham Əliyevin müntəzəm səfərləri zamanı da gördüyümüz kimi, azad edilmiş ərazilərdə bir sıra kənd və qəsəbələrə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, həyat tədricən canlanır.Bu gün artıq işğaldan azad edilmiş ərazilərimizdə 70 mindən çox insan məskunlaşıb.İşğaldan azad olunmuş ərazilərdə yaradılan infrastruktur, xüsusilə sərhəd bölgələrində, dual xarakter daşıyır. Yəni bu infrastruktur həm mülki məqsədlərə xidmət edir, həm də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verir.

1990-cı illərdə Almaniya birləşdikdən sonra Berlin haqqında “Avropanın ən böyük tikinti meydançası” ifadəsi işlədilirdi. Bu gün isə əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur qlobal miqyasda ən böyük tikinti və bərpa meydançalarından biridir.İşğalın nəticələrinin aradan qaldırılması böyük resurs və əmək tələb etdiyinə görə, bu istiqamətdə Azərbaycana dəstək göstərən dövlətlərin və tərəfdaşların, az saylı olsalar da, rolu da xüsusi qeyd olunmalıdır. Ümumilikdə indiyədək Azərbaycana təxminən 350 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. İstərdik ki, bu investisiya axını işğaldan azad olunmuş ərazilərə də yönəlsin və həmin bölgələrin ölkənin ümumi iqtisadi sisteminə reinteqrasiyası daha sürətlə həyata keçirilsin.Bu reinteqrasiya yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur regionlarınin ümumi iqtisadi dəyəryaratma zəncirində çəkisinin artmasına səbəb olacaq. Xüsusilə yaşıl enerji sahəsində potensial çox böyükdür. Azad olunmuş ərazilərin texniki olaraq yaşıl enerji potensialı təxminən 35 GB həcmində qiymətləndirilir. Burada istehsal ediləcək və ixrac olunacaq yaşıl enerji həm ölkənin enerji strategiyasına töhfə verəcək, həm də bərpa prosesinə əlavə maliyyə resurslarının cəlb edilməsinə imkan yaradacaq. Şübhəsiz ki, çağırışlar çoxdur, risklər mövcuddur. Lakin potensial da kifayət qədər böyükdür. Dövlətimiz, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, bu istiqamətdə ardıcıl və prinsipial siyasətini davam etdirir".

Müəllif: Günel Fərzəliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
sesqazeti.az

3Mənbələr