AZ

Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ

Gecə və istirahət saatlarında yüksək səslə musiqi dinlənilməsi, təmir-tikinti işlərinin aparılması və digər səs-küy yaradan hallara yol verilməsi vətəndaşların istirahət hüququnun pozulması ilə nəticələnir.

"Unikal" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev maarifləndirici məlumat paylaşıb:

"Xatırlayaq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Qarşılıqlı hörmət və qaydalara əməl etməklə ictimai mühiti birlikdə qoruyaq".

Seçilən
16
4
unikal.az

10Mənbələr