Polşa Xarici İşlər Nazirliyi Yaxın Şərqdə gərgin vəziyyətlə əlaqədar vətəndaşlarını İsrail, İran və Livanı dərhal tərk etməyə çağırıb.Bu barədə qurum "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, regionda təhlükəsizlik vəziyyəti qeyri-sabitdir və eskalasiya riski yüksək olaraq qalır.
Qeyd olunub ki, mülki aviasiya üçün hava məkanı bağlana bilər, bu da hava yolu ilə geridönüşü mümkünsüz edə və ya xeyli çətinləşdirə bilər.