AZ

Zelenski: Ukrayna XİN Belarus üzrə xüsusi nümayəndə hazırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik korpusda kadr dəyişikliklərini, Avropa üzrə Belarus və Belarus diasporası üzrə xüsusi nümayəndə təyinatını elan edib.

"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə "X" sosial şəbəkəsindəki hesabında videomüraciət zamanı danışıb.

"Avropada və təkcə orada deyil, diplomatik işin bəzi istiqamətlərinin gücləndirilməsini hazırlayırıq. Ukraynanın maraqları rəsmi səviyyədə və tam azad olmayan, yaxud Rusiyanın təsiri altında olan ölkələrin icmaları ilə münasibətdə də təqdim edilməlidir", - o, bəyan edib.

Zelenskinin qeyd etdiyi kimi, bununla əlaqədar diplomatik korpusda kadr dəyişiklikləri olacaq.

"Xarici İşlər Nazirliyi (XİN) Belarus və Avropadakı Belarus icması üzrə xüsusi nümayəndənin təyinatı üçün namizədlər hazırlayır", - Zelenski bildirib.

Seçilən
39
far.az

1Mənbələr