AZ

İsveçrəli memarlar: Azad olunmuş ərazilərdə yenidənqurma və bərpa proseslərində iştirak etməkdən qürur duyuruq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 27 fevral, AZƏRTAC

Azad olunmuş ərazilərdə yenidənqurma və bərpa proseslərində iştirak etməkdən, xüsusilə bu bölgənin inkişafına töhfə verməkdən çox qürur duyuruq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsveçrənin Sürix şəhərindən "SA Partners" şirkətinin nümayəndəsi Tomas Kovari deyib.

"Biz üç il əvvəl Laçın şəhəri üçün Baş plan hazırlamağa başlamışdıq. Layihənin mərkəzi hissəsi şəhərin simvolik bir elementi idi. Laçın çox gözəl bir şəhərdir. Baş planın həyata keçirilməsindən qürur duyuruq. Hər il oraya gedəndə tikililər daha da gözəl görünür", - deyə Tomas Kovari bildirib.

Şirkətin digər nümayəndəsi Ancel Viest isə böhran sonrası yenidənqurma prosesinin inkişafının çox sevindirici olduğunu deyib: "Hər şəhərin addım-addım yenidən necə formalaşdığını müşahidə edirik. İndi Laçın nümunəsi göz qabağındadır. Bu prosesə qatılan böyük bir kütlə var. Onların da töhfəsi dəyərlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
azertag.az

1Mənbələr