ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aleksandr Usik WBC ağır çəki dərəcəsindəki titulunu niderlandlı kikboksçu Riko Verhovenə qarşı müdafiə edəcək.
İdman.Biz bildirir ki, bu barədə Turki Əl əş-Şeyx sosial mediada məlumat verib.
Döyüş 23 mayda Giza ehramlar kompleksində keçiriləcək.
Usık sonuncu dəfə iyul ayında döyüşmüş və Daniel Dübuanı beşinci raundda nokaut etmişdi. Onun peşəkar rekordu 24-0-dır.
Verhoven noyabr ayında “Glory” ağır çəki titulundan imtina etmişdi. O, bu titula 2014-cü ildən sahib idi.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.