Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Gürcüstan millisinin və "Vilyarreal"ın hücumçusu Jorj Mikautadze La Liqada fevralın ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, sözügedən futbolçu İspaniya çempionatında "Espanyol", "Xetafe", "Levante" və "Valensiya"ya qarşı mübarizə aparıb.
"Espanyol"la matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan ön xətt oyunçusu sonrakı iki qarşılaşmada da fərqlənib. Yalnız "Valensiya" ilə matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
Bu müddətdə Mikautadzenin komandası 3 qələbə qazanıb və 1 yenilgi acısı dadıb.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.