AZ

Pul daşıyan təyyarə qəzaya uğradı: 15 ölü, 12 yaralı

Boliviyanın El-Alto şəhərində Hərbi Hava Qüvvələrinə məxsus “C-130 Hercules" tipli təyyarə magistral yola düşüb.

Sitat.info xəbər verir ki, bu barədə "Unitel" telekanalı məlumat yayıb.

Bildirilib ki, qəza zamanı azı 15 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Təyyarə yerə düşərkən bir neçə avtomobillə toqquşub.

İlkin məlumata görə, hava gəmisi Boliviyanın Mərkəzi Bankının sifarişi ilə pul vəsaiti daşıyırmış.

Qəza yerinin ətrafına toplaşan çoxsaylı insanlar ətrafa səpələnmiş əskinasları toplamağa çalışıblar.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
20
2
sitat.info

5Mənbələr