AZ

Binamıza yeni lift quraşdırılır

Yaşadığımız binada olan liftlərin pis işləməsi barədə dəfələrlə rayon rəhbərliyinə müraciət edirdik. Sağ olsunlar, hər dəfə gəlib təmir edirdilər. Lakin çox çəkmirdi ki, liftlər yenidən xarab olurdu. 

Dövlət başçısının "Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncama əsasən, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində artıq işlərə başlanılmışdır. Bu sənədə görə, 7 şəhər üzrə 200 liftin quraşdırılması nəzərdə tutulmuşdur ki, onun da 2-si Qazax şəhərindədir. Şəhərimizin Heydər Əliyev prospektindəki 179 saylı binada yeni liftlər artıq quraşdırılır. 

Hörmətli redaksiya! Bu işdə əməyi olan hər kəsə qəzetiniz vasitəsilə minnətdarlığımızı bildiririk.

Zabit MƏMMƏDOV,

Qazax rayon sakini 

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr