AZ

Klopp “Real”ın qarşısına şərtlər qoydu

Qol.az saytına istinadən ain.az xəbər verir.

Klopp “Real”ın qarşısına şərtlər qoydu

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp yayda “Real”ın baş məşqçisi təyin oluna bilər.

QOL.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb. Mütəxəssis mümkün təklif alacağı halda əməkdaşlıq üçün bir sıra şərtlərini artıq müəyyənləşdirib.

Klopp komandaya rəhbərlik etməyə razılıq verməsi üçün heyətin gücləndirilməsini tələb edir. Almaniyall məşqçi 2 mərkəz müdafiəçisi və 2 yarımmüdafiəçinin transfer olunmasını istəyir. Bundan əlavə, o, braziliyalı hücumçu Endrikin yenidən komandaya qaytarılmasında israrlıdır.

Xəbərdə qeyd olunur ki, təcrübəli çalışdırıcı hazırkı heyətdə bəzi dəyişikliklərə də açıqdır. Belə ki, o, klubun Cud Bellinqem və Eduardo Kamavinqa ilə yollarını ayırması variantını nəzərdən keçirməyə müsbət yanaşır.

Bildirilir ki, Klopp mümkün əməkdaşlıqdan əvvəl mövqeyini və əsas şərtlərini qarşı tərəfə əvvəlcədən çatdırıb.

Qeyd edək ki, Kloppun son klubu “Liverpul” olub. O, 2015-2024-cü illərdə bu komandanı çalışdırıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
qol.az

2Mənbələr