AZ

Biləsuvarda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
15
14
sia.az

10Mənbələr