Bakı. Trend:
İrana qarşı hava əməliyyatının başlanılması fonunda İsrail mülkiaviasiya uçuşları üçün ölkənin hava məkanını tam bağlayıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat Nazirliyininyaydığı bəyanatda deyilir.
“İctimaiyyətdən növbəti bildirişədək hava limanlarınagəlməmələri xahiş olunur. Hazırda ölkə xaricində olansərnişinlərdən hava məkanı yenidən açıldıqdan sonra uçuş cədvəlləriilə bağlı məlumatları media vasitəsilə və aviaşirkətləri üzərindənizləmələri xahiş edilir”, - bəyanatda qeyd edilir.
Bəyanatda əlavə olunur ki, xaricdə olan İsrail vətəndaşlarına“Milli Təhlükəsizlik Şurasının göstəriş və tövsiyələrinə əməletmələri” tövsiyə edilir.
“Təhlükəsizlik vəziyyəti imkan verdiyi anda hava məkanı yenidənaçılacaq və İsrailə gediş-gəliş uçuşları bərpa olunacaq. Uçuşlarınyenilənməsi barədə 24 saat əvvəl məlumat veriləcək”.
Qeyd edək ki, İsrail ərazisində hava həyəcan siqnallarısəslənir. “Israel Defense Forces”nin Daxili Cəbhə Komandanlığımülki əhaliyə bomba sığınacaqlarına yaxın qalmaq barədə xəbərdarlıqedib.
Məlumatda bildirilir ki, “təhlükəsizlik vəziyyəti ilə əlaqədar”vətəndaşlar özlərinə ən yaxın qoruyucu sığınacağın yerinidəqiqləşdirməli və zəruri olmayan səfərlərdən çəkinməlidirlər.