AZ

Cəlilabadda 3 kəndi birləşdirən körpü qəzalı vəziyyətdə – VİDEO

Cəlilabad rayonunda üç kəndi birləşdirən körpü leysan yağışlardan sonra yenidən qəzalı vəziyyətə düşüb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, rayonun Vənlik kəndi ərazisində yerləşən müvəqqəti körpü güclü yağış və sel sularının təsiri nəticəsində yararsız hala düşüb.

Kənd sakinlərinin sözlərinə görə, ötən il yağan leysan nəticəsində körpü ciddi zədələnmiş, sonradan isə müvəqqəti bərpa olunmuşdu.

Cari ilin yanvar ayında yağan intensiv yağışlar və sel suları körpünü yenidən qəzalı vəziyyətə salıb. Daha sonra aparılan müvəqqəti təmir işlərindən sonra istifadəyə verilsə də, ötən gündən yağan leysan yağışları nəticəsində sel suları körpünü yenidən yuyaraq yararsız hala salıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə müvəqqəti təmir işlərinə başlanılıb.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik kəndi, Oğrubulaq kəndi və Fətullaqışlaq kəndi sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat keçididir.

 

Turab

NOCOMMENT.az 

Seçilən
3
13
nocomment.az

10Mənbələr