AZ

Əhməd Yusifov ilk dəfə “Böyük Dəbilqə”nin qalibi oldu – ARENA.AZ

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə ənənəvi “Böyük Dəbilqə” turnirinin qızıl medalını qazanıb.

Arena.az xəbər verir ki, idmançımız bunu Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil edilmiş yarışda bacarıb.

Əhməd Yusifov finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib. Balabəy Ağayev gümüş medalla kifayətlənməli olub.

“Böyük Dəbilqə” turnirinin ilk günündə daha 5 cüdoçumuz mübarizə aparıb. Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) mübarizəni erkən dayandırıblar. Şəfəq Həmidova (48 kq) təsəlliverici görüşə çıxıb. Amma o da medal qazanmaq şansını dəyərləndirə bilməyib.

Xatırladaq ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq. Azərbaycan bu yarışda bütövlükdə 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
9
arena.az

10Mənbələr