İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına zərbə endirib.
APA bu barədə “Fars” agentliyi məlumat yayıb.
***
13:11
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə partlayış səsləri eşidilib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, partlayış səsləri şəhərin bir neçə yerində eşidilib.
BƏƏ ordusu Əbu-Dabi səmasında İran raketlərini vurduğunu bildirib.
Eyni zamanda, Küveytdə də partlayış səsləri eşidilib, həyəcan siqnalları işə düşüb.