AZ

Martın ilk günündə hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 2 dərəcəyədək, gündüz 3 dərəcədən 5 dərəcəyədək olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 4 dərəcədən 7 dərəcəyədək, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə -10 dərəcədən -15 dərəcəyədək, gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Seçilən
4
49
day.az

10Mənbələr