Bakı. Trend:
Timor-Leste Demokratik Respublikasının Prezidenti JoseRamos-Horta martın 12-dən 14-dək keçiriləcək XIII Qlobal BakıForumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Trend-indiplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Prezident forumçərçivəsində qlobal miqyaslı aktual çağırışlar və proseslərmövzusunda panel müzakirələrində iştirak edəcək.
Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçidmərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzitərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiqdövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçünregional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunuoynayır.
Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrətəsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri vəbeynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.