İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
Bu barədə Bakıvaxtı.az İraq XİN-in bəyanatına istinadən xəbər verir.
XİN-dən qeyd edilib ki, söhbət zamanı Əraqçi son hücumlardan sonra İrandakı vəziyyət barədə məlumat verərək ölkənin özünü müdafiə etməyə davam edəcəyini vurğulayıb.
"Cebheinfo.az"