AZ

Səudiyyə Ərəbistanı qonşu ərəb ölkələrinin İranın raket hücumuna məruz qalmasını şiddətlə qınayıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qahirə, 28 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığı İranın qonşu dövlətlərə raket hücumu şiddətlə qınayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir: “Səudiyyə Ərəbistanı Krallığı İranın təcavüzkar hücumunu və Birləşmiş Ərəb Əmirlikləri Dövləti, Bəhreyn Krallığı, Qətər Dövləti, Küveyt Dövləti və İordaniya Haşimilər Krallığının suverenliyinin açıq şəkildə pozulmasını ən sərt şəkildə qınayır və pisləyir. Krallıq qardaş ölkələrlə tam həmrəy olduğunu, onların yanında dayandığını və qəbul edəcəkləri bütün tədbirlərin həyata keçirilməsində bütün imkanlarını səfərbər etməyə hazır olduğunu bildirir. Həmçinin dövlətlərin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin pozulmasının davam etməsinin ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edir.”

Krallıq bu gün Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda beynəlxalq ictimaiyyəti bu təcavüzkar hücumları qınamağa və regionun təhlükəsizliyi və sabitliyini sarsıdan İran pozuntularına qarşı bütün qəti tədbirləri görməyə çağırır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
9
azertag.az

10Mənbələr