AZ

Qəbələ stadionunda qarlı hava: Oyun baş tutacaqmı?

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Misli Premyer Liqasının XXII turu çərçivəsində Qəbələdə yerli komanda növbəti oyununu keçirəcək. Amma ötən gündən bəri davam edən qarın yağması şəhər stadionunda qarşılaşmanın təşkili ilə bağlı durumu bir qədər çətinləşdirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq, klubun mətbuat xidməti qeyd edib ki, arena səhər saatlarından başlayaraq qardan təmizlənməkdədir:

"Hazırda arenada vəziyyət qənaətbəxşdir. "Qəbələ" və "Karvan-Yevlax" komandaları arasındakı qarşılaşmanın təxirə salınması nəzərdə tutulmur".

Xatırladaq ki, bu gün saat 17:00-da "Qəbələ" öz meydanında "Karvan-Yevlax" kollektivini qəbul edəcək.

Murad Nəsimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
oxu.az

1Mənbələr