Tehranda baş verən güclü partlayışlar böyük dağıntılara səbəb olub.
Paytaxt.org-un xəbərinə görə, Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hadisənin episentrində yerləşən binalar və avtomobillər parça-parça olub. Zərbənin təsirindən ətraf ərazilərdə ciddi ziyan qeydə alındığı bildirilir.
Paytaxt.org xəbər verir ki, İsrailin hücumları nəticəsində İranın müdafiə naziri Əziz Nəsirzadə öldürülüb.
Bu barədə məlumatı İsrail mediası yayıb. İran tərəfi hələlik məlumatı rəmsi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.