AZ

Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən aviareys geri qayıdıb

“Air Arabia Abu Dhabi” aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.

Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır.

Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.

Seçilən
15
16
azerbaijan-news.az

10Mənbələr