AZ

Rusiya: Sülh carçısı ABŞ İranda bir daha öz real simasını göstərdi

Rusiya: Sülh carçısı ABŞ İranda bir daha öz real simasını göstərdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi hücumları kəskin tənqid edərək, Vaşinqtonun sülhməramlı imicinin arxasında dayanan həqiqi simasının növbəti dəfə üzə çıxdığını bildirib.

AFN.az xəbər verir ki, sosial media hesabı vasitəsilə bəyanat yayan Medvedev İranla aparılan bütün diplomatik müzakirələrin əslində bu hücumu gizlətmək üçün həyata keçirilən bir ört-basdır etmə əməliyyatı olduğunu vurğulayıb. O, heç kimin həqiqətən nəyisə müzakirə etmək niyyətində olmadığını və buna şübhə etmədiyini qeyd edib.

Medvedev hazırkı vəziyyəti şərh edərkən maraqlı bir müqayisəyə də yer verib. O, ABŞ-ın cəmi 249 illik bir dövlət olduğunu, Fars İmperiyasının isə 2500 il əvvəl qurulduğunu xatırladaraq, "100 il sonra nələrin baş verəcəyini görəcəyik" deyə bildirib.

Rusiyalı rəsmi həmçinin əsas sualın tərəflərdən hansının düşməninin utancverici sonunu görmək üçün daha çox səbrə sahib olacağı ilə bağlı olduğunu qeyd edib. Medvedevin bu çıxışı regionda gərginliyin pik həddə çatdığı bir vaxtda Moskvanın Qərbin hərbi müdaxilələrinə qarşı sərt mövqeyini bir daha nümayiş etdirib.

Seçilən
17
afn.az

1Mənbələr