AZ

Tokayev güc strukturlarına tapşırıq verdi

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasına və güc strukturlarına İranda vəziyyətin gərginləşməsi ilə bağlı mümkün təhdidlərə görə tədbirlər planını təqdim etməyi tapşırıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu prezidentin müşavir-mətbuat katibi Aybek Smadiyarov bəyan edib.

"Prezident Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının katibi Qizat Nurdaulətova güc strukturlarının və profil nazirliklərinin rəhbərləri ilə birlikdə İran ətrafında vəziyyətin gərginləşməsini və ölkəmizdə sabit vəziyyətə təhdid əlamətlərinin mümkün yaranmasını nəzərə alaraq hazırlanmış təcili tədbirlər planını təqdim etməyi tapşırıb", - Qazaxıstan prezidentinin mətbuat katibi öz Telegram kanalında bildirib.

Həmçinin, onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə bütün güc strukturları artıq sutkalıq iş rejiminə keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr