AZ

Metroda maraqlı GÖRÜNTÜ: Xalq artistləri... VİDEO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı metrosunda maraqlı və yaddaqalan anlar yaşanıb.

Milli.Az xəbər verir ki, "Yeraltı" verilişinin çəkilişi zamanı sərnişinlər qeyri-adi səhnənin şahidi olublar.

Çəkiliş prosesi zamanı Xalq artisti Gülyaz Məmmədovanın canlı ifası metroda xüsusi ab-hava yaradıb. Sənətkarın ifasına digər Xalq artisti Təranə Muradovanın rəqsi müşayiət edib. Onun improvizə olunmuş çıxışı sərnişinlərin diqqətini cəlb edib və maraqla izlənilib.

Metro sərnişinləri çəkilişə böyük maraq göstərərək baş verənləri telefonları ilə lentə alıblar. Həmin anları proqramın qonağı olan Əməkdar artist Nailə İslamzadə də mobil telefonu ilə qeydə alıb.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

10Mənbələr