AZ

Seyid Əli Mocani: Vətəndaşların Gürcüstandan qayıtmasına kömək göstəriləcək

Tbilisi, 28 fevral, AZƏRTAC

İranın Gürcüstandakı səfirliyi birbaşa uçuşların olmaması səbəbindən vətənlərinə qayıda bilməyən vətəndaşlara kömək edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani bildirib.

O deyib ki, səfirlik bu istiqamətdə müvafiq tədbirlər görməyi planlaşdırır:“Səfirliyin veb saytında və digər etibarlı platformalarda rəsmi bəyanat dərc etməklə İrana qayıtmağınız üçün görülən tədbirlər barədə sizi məlumatlandıracağıq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
22
4
azertag.az

5Mənbələr