AZ

Hörmüz bağlanır Neft, qızıl, hər şey bahalaşacaq

ain.az bildirir, Demokrat.az portalına istinadən.

İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar qlobal enerji bazarını silkələyib. Tehran, Təbriz və İsfahan kimi strateji şəhərlərdə baş verən partlayışlardan sonra dünyanın ən mühüm neft keçidi sayılan Hörmüz boğazında gediş-gəliş dayanıb. Böyük neft şirkətləri və ticarət qurumları riskləri nəzərə alaraq yanacaq daşınmasını müvəqqəti dondurmaq qərarı verib. Bu addım artıq dünya bazarlarında ciddi qiymət dalğalanmalarına yol açıb.Beynəlxalq enerji analitiki Osama Rizvi mövcud vəziyyəti qiymətləndirərkən qeyd edib ki, hərbi qarşıdurmanın miqyası məhdud qalsa belə, neftin qiymətində 10 faizlik artım qaçılmazdır. Onun sözlərinə görə, əgər Hörmüz boğazı tamamilə bağlanarsa, qlobal iqtisadiyyat böyük şokla üzləşəcək. Belə bir ssenaridə neftin bareli 150 dollara qədər yüksələ bilər, qızıl isə 6500 dollarlıq rekord həddə çatar. Bu isə ABŞ-da inflyasiyanın yenidən 4,5 faizə qalxması və qlobal iqtisadi artımın 1,5 faiz azalması deməkdir.Mütəxəssislər uzunmüddətli münaqişənin ən çox inkişaf etməkdə olan ölkələrə zərbə vuracağını bildirirlər. Enerji asılılığı yüksək olan bu dövlətlər kəskin bahalaşma qarşısında aciz qala bilər. Gərginliyin Səudiyyə Ərəbistanı kimi regional oyunçuları əhatə etməsi ehtimalı bazarlarda regional müharibə qorxusunu artırır.Azərbaycan üçün bu vəziyyət ikitərəfli təsirə malikdir. Neftin bahalaşması ölkəyə daxil olan valyutanın həcmini artırsa da, digər tərəfdən qlobal inflyasiya daxili bazarda qiymət artımına təzyiq göstərə bilər. Enerji ixracatçısı olan rəsmi Bakı qlobal iqtisadi sabitliyin pozulmasından və geosiyasi gərginliyin regiona verə biləcəyi mənfi təsirlərdən narahatdır. Regionda hərbi fəaliyyətlərin hansı istiqamətdə davam edəcəyi hələlik qeyri-müəyyən qalır.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr