Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail və ABŞ-ın hücumlarından sonra İranın yüksək rəhbərliyinin demək olar ki, bütün üzvləri sağdır.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC-yə verdiyi müsahibədə bildirib.
"Demək olar ki, bütün vəzifəli şəxslər sağ və salamatdır. Bir və ya iki komandirimizi itirə bilərik, amma bu, böyük problem deyil", - o qeyd edib.
Aparıcılar ondan prezident Məsud Pezeşkian və Ali Lider Əli Xameneinin hələ də sağ olduğunu təsdiqləyib-təsdiqləyə bilməyəcəyini soruşublar.
"Bildiyim qədəri ilə, hər ikisi sağdır", - nazir ingilis dilində deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.