Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb – 1:1. Hazırda “Neftçi” 30 xalla 7-ci, bölgə təmsilçisi isə 25 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə sona çatıb.
28 fevral (şənbə)
14:30. “Şamaxı” – “Neftçi” 2:2
Qollar: Vensan Abubakar, 60 (0:1), S.Enrike, 74 (1:1), Vensan Abubakar, 90+1 (1:2), Karim Rossi (90+4) (p)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
17:00. “Qəbələ” – “Karvan-Yevlax” 1:1
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu