AZ

Reytinq turnirində Azərbaycan finalı olacaq

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Yunan-roma güləşçilərimiz döşək üzərinə çıxıblar.

İdman.Biz bildirir ki, 63 kq-da güləşən Murad Məmmədov 1/8 finalda iranlı Ali Nurayiyə 3:8 hesabıyla məğlub olub.

Bu çəkidəki digər güləşçimiz Ziya Babaşov albaniyalı Mikel Tropliniyə (8:0), iranlı Ali Nurayiyə (4:1) və qazaxıstanlı Yernur Fidaxmetova (7:3) qalib gələrək finala yüksəlib.

Eyni çəki dərəcəsində güləşən Sakit Quliyev isə amerikalı İldar Hafizova ?? (9:0), qazaxıstanlı Bakitjan Kabdilə (7:1) və norveçli Morten Toresenə (11:0) qalib gələrək finala yüksəlib.

Bu çəkinin finalında Ziya Babaşov və Sakit Quliyev üz-üzə gələcəklər.

67 kq-da ölkəmizi təmsil edən Məhəmməd Şükürzadə belaruslu Qleb Makarankaya (UWW) ilk xal prinsipinə əsasən (1:1) qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Meirjan Şermaxanbetə 0:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan həmyerlimiz ekvadorlu Andres Arroyonu tam üstünlüklə (12:3) yolundan kənarlaşdırıb.

Məhəmməd Şükürzadə bürünc medal uğrunda gürcüstanlı Coni Xetsuriani ilə güləşəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
icma.az

2Mənbələr