AZ

Ramazan ayının on birinci günü: İmsak və iftar vaxtı

Sabah Ramazan ayının on birinci günüdür.

Ucnoqta.az xəbər verir ki, QMİN-nin Ramazan təqviminə əsasən, martin 1-i Bakıda imsak vaxtı saat 05:49, iftar isə 18:47-ə təyin olunub.

İmsak duası:
İlahi, bu gün ehsan etməyi mənə sevdir. Bu gün fisq və asilikdən məni ikrah etdir. Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır. Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!

İftar duası:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Allah orucunuzu qəbul eləsin!

Seçilən
23
5
ucnoqta.az

10Mənbələr