ABŞ İrana endirdiyi zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Cennifer Qriffin "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ hərbçiləri hücumlar zamanı yeni vasitələrdən yararlanıblar və ilk dəfə "birdəfəlik hücum dronları" tətbiq olunub./Oxu.az
Telegram kanalımız