
Pirqulu stansiyasından 27 km cənub-qərbdə Şamaxı-Ağsu sərhəddində zəlzələ qeydə alınıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Ocağı yerin 7 km dərinliyində yerləşən zəlzələnin maqnitudası 3,6 olub.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.
Qeyd edək ki, fevralın 27 və 28-də Şamaxıda ardıcıl yeddi zəlzələ baş verib.