Azertag saytına istinadən ain.az xəbər verir.
Sofiya, 1 mart, AZƏRTAC
Bolqarıstan hökuməti İran və Yaxın Şərqdə artan gərginlik fonunda ölkə üçün birbaşa hərbi təhlükənin mövcud olmadığını açıqlayıb.
AZƏRTAC Bolqarıstan Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iclasından sonra rəsmi açıqlama verilib. Hökumət nümayəndələri Bolqarıstanın hazırkı münaqişənin birbaşa hədəfi olmadığını və ölkə ərazisinə qarşı hərbi əməliyyat riski qeydə alınmadığını bildiriblər.
Rəsmilər vurğulayıblar ki, dövlət strukturları vəziyyəti diqqətlə izləyir, sərhəd təhlükəsizliyi və daxili sabitliklə bağlı bütün mexanizmlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Eyni zamanda, NATO və Avropa İttifaqı çərçivəsində informasiya mübadiləsi davam etdirilir.
Hökumət bəyan edib ki, vətəndaşların təhlükəsizliyi əsas prioritet olaraq qalır və hər hansı mümkün riskə qarşı operativ tədbirlər görülməyə hazırdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.