Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Vaşinqton, 1 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı başlatdığı əməliyyatdan bir neçə fövqəladə çıxış yolunun olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu barədə “Axios”a müsahibəsində bildirib.
“Mən prosesi uzada və nəzarəti ələ ala bilərəm, ya da iki-üç günə bitirib iranlılara deyə bilərəm ki, nüvə və raket proqramlarınızı yenidən qurmağa başlasanız, bir neçə ildən sonra təkrar görüşərik. Hər halda, bu hücumdan sonra onlara bərpa üçün bir neçə il lazım olacaq”,- deyə Tramp açıqlayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.