Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya IIi Bundesliqasında 24-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda evdə "Paderborn"u qəbul edib. Görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Mahir Emreli matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 46-cı dəqiqədə Leon Robinsonu əvəzləyərək meydana daxil olub.
Hazırda "Kayzerslautern" turnir cədvəlində 37 xalla 6-cıdır.
"Kayzerslautern" - "Paderborn" 1:2
Qollar: Redondo, 90+8 - Brakelmann, 45+7, Bilbiya, 90+5-pen.