AZ

Fransa Yaxın Şərqdəki vətəndaşları üçün təhlükəsizlik tövsiyələrini yeniləyib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 1 mart, AZƏRTAC

Fransanın Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda regiondakı Fransa vətəndaşları üçün təhlükəsizlik tövsiyələrini yeniləyib.

AZƏRTAC xəbər verir ki, nazirlik İranda yaşayan və ya səfərdə olan Fransa vətəndaşlarını “evdə qalmağa, pəncərələrdən uzaq durmağa, yalnız zəruri hallarda çölə çıxmağa və gecə saatlarında hərəkətdən qəti şəkildə çəkinməyə” çağırıb. Onlara su və ərzaq ehtiyatı toplamaq, eləcə də ölkə daxilində mövcud olan informasiya vasitələri ilə vəziyyəti yaxından izləmək tövsiyə olunur.

İsraildə olan Fransa vətəndaşlarına da yerli mülki müdafiə orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunur. Nazirlik qeyd edir ki, sığınacaqlara yaxın olmaq və həyəcan siqnalı verildiyi təqdirdə tələb olunan müddət ərzində orada qalmaq vacibdir.

Fransanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi də raket təhlükəsi riskinə görə vətəndaşları evdə qalmağa, pəncərələrdən, qapılardan və açıq ərazilərdən uzaq durmağa, həmçinin yerli hakimiyyət orqanlarının göstərişlərini diqqətlə izləməyə çağırıb.

Paris həmçinin, Qətərə səfərləri tövsiyə etmir. Bu ölkədə olan vətəndaşlara isə yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi əməl etmək məsləhət görülür. Nazirliyin məlumatına görə, hava məkanının bağlanması, uçuşların ləğvi və ya təxirə salınması halları baş verə bilər. Bu səbəbdən bütün hallarda “Ariane” sistemində qeydiyyatdan keçmək israrla tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
13
azertag.az

10Mənbələr