AZ

Tokayev bir sıra Fars körfəzi ölkələrinin liderlərinə həmrəylik məktubları göndərib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveyt rəhbərlərinə məktublar göndərib.

"Report"un Qazaxıstan bürosunun prezidentinin mətbuat katibi Aybek Smadiyarova istinadən verdiyi məlumata görə, məktublarda ağır sınaqlar dövründə bu ölkələrin xalqlarına səmimi dəstək və həmrəylik ifadə olunub.

Tokayev Qazaxıstan üçün dost və qardaş olan dövlətlərin suverenliyini və təhlükəsizliyini sarsıtmağa yönəlmiş bütün hərbi fəaliyyətləri qətiyyətlə pisləyib.

Məktublarda vurğulanıb ki, Qazaxıstan beynəlxalq problemlərin və silahlı münaqişələrin müstəsna olaraq diplomatik vasitələrlə həllinin tərəfdarı kimi ardıcıl mövqe nümayiş etdirir.

Dövlət başçısı həmçinin Qazaxıstanın qardaş ərəb ölkələrinə mümkün olan hər bir köməyi göstərməyə hazır olduğunu bəyan edib və onların ali rəhbərliyi ilə daimi təmasların davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Seçilən
35
far.az

1Mənbələr