Bakı. Trend:
İsrail və ABŞ-nin İrana hücumlarından sonra Yaxın Şərqdəkivəziyyət hələlik Yaponiyanın neft təklifi və tələbatına təsirgöstərməyib. Yaponiyanın neft təchizatı 90%-dən çoxu regiondanasılıdır.
Trend xəbər verirki, bunu Yaponiya Nazirlər Kabinetinin katibi Minoru Kihara MilliTəhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuatkonfransında bildirib.
Kihara mətbuat konfransında qeyd edib: “Hazırda bununYaponiyanın neft təklifi və tələbinə dərhal təsir edəcəyi ilə bağlıheç bir məlumat almamışıq.”
O əlavə edib ki, Tokio vəziyyəti tez bir zamanda deeskalasiyaetmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək və bütünlazımi diplomatik səyləri göstərəcək. Kihara İranın nüvə silahıhazırlamağı və regionu qeyri-sabitləşdirən hərəkətləri dayandırmalıolduğunu vurğulayıb, lakin İsrail və ABŞ-ın əməliyyatlarına birbaşamünasibət bildirməyib.