AZ

İran Qətərə 65 raket atdı

Qətərdə vurulmuş İran raketlərinin qalıqlarının düşməsi nəticəsində azı səkkiz nəfər yaralanıb.

Publika.az "Al Jazeera" telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, hadisə hava hədəflərinin hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulması fonunda baş verib.

Qeyd edilib ki, İran istehsalı olan raketlərin qalıqları ölkənin müxtəlif rayonlarına düşüb. Nəticədə dörd yaralı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti "ağır" kimi qiymətləndirilir. Digər 4-ü ciddi xəsarət almayıb.

Seçilən
31
publika.az

1Mənbələr