AZ

İranı bu qurum İDARƏ EDƏCƏK

İranın ali lideri Əli Xameneinin öldürülməsindən sonra ölkənin idarə olunması üçün müvəqqəti şura yaradılıb.

Şuranın əsas vəzifəsi yeni ali lider müəyyən edilənədək ölkədə idarəetmənin davamlılığını təmin etməkdir.

Belə ki, bu mexanizm İran İslam Respublikasının qanunvericiliyində nəzərdə tutulub və ali rəhbərlikdə boşluq yarandığı halda qüvvəyə minir.

Şura üç əsas şəxsdən ibarətdir: fəaliyyətdə olan prezident, məhkəmə sisteminin rəhbəri və ali liderə məsləhət verən, eyni zamanda, parlamentlə yaranan mübahisələri həll edən qurum tərəfindən seçilmiş Nəzarət Şurasının bir üzvü.

Hazırkı tərkibdə İran Prezidenti Məsud Pezeşkian və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejei təmsil olunurlar.

"Cebheinfo.az"

 

Seçilən
35
2
cebheinfo.az

3Mənbələr