AZ

Yaxın Şərqə nəzərdə tutulmuş 716 uçuş ləğv edildi

Yaxın Şərqdə baş verən proseslər dünyanın müxtəlif regionlarından yüzlərlə aviareysə təsir edib.

Publika.az xəbər verir ki, bu barədə aviasiya tədqiqatları üzrə ixtisaslaşmış “Cirium” təşkilatı məlumat verib.

Təşkilat bildirir ki, şənbə günü Yaxın Şərqə nəzərdə tutulmuş 4218 reysin 966-sı ləğv edilib. Yaxın Şərqdən hərəkət edən təyyarələri də nəzərə alsaq, ləğv olunan reys sayı 1800-ü ötüb.

Bazar günü üçün Yaxın Şərq regionuna nəzərdə tutulmuş 4329 reysdən 716-sı artıq ləğv olunub. Günün sonunadək bu sayın artacağı şübhə doğurmur.

Vəziyyətdən ən çox əziyyət çəkən Körfəz ölkələrinə məxsus “Emirates”, “Qatar Airways” və “Etihad” aviaşirkətləridir. Onların xidmətlərindən təkcə tranzit kimi istifadə edən gündəlik sərnişin sayı 90 min nəfərdən çoxdur.

Seçilən
3
6
publika.az

7Mənbələr