AZ

Premyer Liqa: Lider "Sabah" "Qarabağ"la qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.

Moderator.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” “Azersun Arena”da “İmişli”ni qəbul edəcək. Hazırda Kurban Berdıyevin komandası 40 xalla turnir cədvəlinin 3-cü, Jorj Kaşkilyanın kollektivi isə 20 xalla 9-cu pilləsində yer alır.

Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” -“Sabah” oyunu isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hazırda “köhlən atlar” 45 xalla turnir cədvəlinin 2-ci pilləsində, “bayquşlar” isə 52 xalla 1-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası,
XXII tur

1 mart 

16:30. “Turan Tovuz” – “İmişli”

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov

VAR: Əli Əliyev

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

“Azersun Arena”

19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”ı 3:0, “Zirə” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” “Neftçi” ilə 2:2, “Qəbələ” isə “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Seçilən
25
2
moderator.az

8Mənbələr