Naxçıvan, 1 mart, AZƏRTAC
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırmışdı.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, fevralın 28-də saat 09:00-da Bakıdan çıxan avtobus reysi Naxçıvan avtovağzalına çatıb.