AZ

İranla müharibədə sursat böhranı Raket tapılmaya bilər

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ və İsrailin hava hücumundan müdafiə (HHM) sistemləri ciddi sınaq qarşısındadır.

"Bloomberg" agentliyinin məlumatına görə, İran hücumlarını bu intensivliklə davam etdirərsə, müttəfiqlərin sursat ehtiyatı tamamilə bitə bilər.

Nəşr vurğulayır ki, bir hədəfi havada zərərsizləşdirmək üçün orta hesabla 2-3 HHM raketi tələb olunur. Keçən ilin yayında İranla baş verən hərbi qarşıdurmadan sonra bu ehtiyatların artıq kifayət qədər aşağı səviyyədə olduğu ehtimal edilir.

Stimsom Analitik Mərkəzinin mütəxəssisi Kelli Qrieko mövcud vəziyyəti belə şərh edib: "Ən böyük narahatlıq doğuran məqam raketləri zərərsizləşdirən tutucu raketlərdir, xüsusən də ballistik raketlərə qarşı olanlar. Biz onları istehsal etdiyimizdən daha sürətli şəkildə sərf edirik".

Bu çatışmazlıq İsrail və ABŞ-ın uzunmüddətli müharibə aparmaq imkanlarını sual altına qoyur və İranın raket hücumlarının müttəfiqlərin müdafiə qabiliyyətinə ciddi zərbə vurduğunu göstərir. (Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr