AZ

Ronaldu Səudiyyə Ərəbistanı çempionatının matçında zədələnib

ain.az, Cebheinfo saytına istinadən bildirir.

"Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının XXIV turunun "Əl-Fəyhi" ilə səfər matçında zədələnib.

“Cebheinfo.az”ın məlumatına görə, oyunçu 81-ci dəqiqədə axsayaraq meydanı tərk edib. Ehtiyat oyunçular skamyasında onun bud əzələsinə buz qoyulub.

Qeyd edək ki, Ronaldu oyunun əvvəlində penaltidən yararlana bilməyib.

41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının bombardirləri siyahısında 21 qolla üçüncü yerdədir.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr