AZ

Ən çox şaxta bu ərazidə olacaq RAYONLARIN HAVASI

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın rayon və şəhərlərində martın 2-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda

Bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman çökəcək.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecəyə doğru tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 8° şaxta, gündüz 3-8° isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan

4°-dək isti, gündüz 5-10° isti olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada

Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman çökəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecəyə doğru tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-7° şaxta, gündüz

1-4° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
43
icma.az

10Mənbələr