Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Praqa, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi və “Natəvan” cəmiyyətinin təşkilatçılığı ilə Praqadakı Azərbaycan Mədəniyyət Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə CBC jurnalistləri tərəfindən hazırlanmış “Üç faciə, bir ağrı” sənədli filmi nümayiş olunub. Filmin ideya müəllifi Gülzar Mustafayeva, rejissoru isə Məzahir Həşimovdur.
Həmin gün Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi və “Natəvan” cəmiyyəti Xocalı soyqırımı ilə bağlı çap materiallarının paylanması aksiyasında da iştirak edib. Aksiya Praqanın Vatslav meydanında Land of Fire təşkilatı tərəfindən keçirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.