Milli.Az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
"Zərbələrdən biri Bəsic hava bazasına yönəlib. Dağıntılar səfirliyimizə zərər vurub. İrandakı insanlarımıza gəldikdə isə, bu gün heyətimiz Azərbaycan istiqamətində təxliyə olunacaq", - deyə Serbiya lideri qeyd edib.
O, həmçinin Serbiya səfirinin müvəqqəti olaraq Azərbaycana gedəcəyini, lakin daha sonra Tehrana qayıdacağını açıqlayıb.
Vuçiç əlavə edib ki, regionda ən çox sayda Serbiya vətəndaşı BƏƏ-dədir və onlar ən qısa zamanda təxliyə olunacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31